![Mehriban Əliyeva cüdoçumuzu təbrik edib](https://apasport.az/storage/news/2024/may/24/big/664fc485e2275664fc485e22761716503685664fc485e2273664fc485e2274.jpeg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”