Millimiz Böyük Dəbilqəni 1 medalla başa vurub
10.05.2026 - 19:22
Millimiz Böyük Dəbilqəni 1 medalla başa vurub

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirini milli komandamız bir medalla başa vurub.

Apasport.az xəbər verir ki, Uşanqi Kokauri (+100 kq) final görüşündə ikiqat dünya çempionu İnal Tasoyevə məğlub olaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, idmançımız bir həftə əvvəl Düşənbə Böyük Dəbilqəsində bürünc mükafat qazanmışdı.