Olimpiya çempionumuz finalda məğlub oldu
26.04.2025 - 19:13
Monteneqronun paytaxtı Podroritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Olimpiya çempionumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində mübarizəyə 2-ci mərhələdən start verib. O, Mixael Aristosu (Kipr) və Maksims Duynovsi (Latviya) məğlub edib.
Təmsilçimiz yarımfinalda Anton Savitskini (Ukrayna) məğlub edib. O, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə mübarizə aparıb. Burda məğlub olan Zelim gümüş medalla kifayətlənib.
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
- Məmmədəli Mehdiyev cüdodan getdi
- Dünya kubokunun püşkatma mərasimi keçirilib
- Adil Şükürov: "Əsas məqsədimiz Premyer Liqada qalmaqdır"
- Roderik Miller: “Turan Tovuz” bu mövsüm keçən mövsümdən qat-qat yaxşı olacaq" - Müsahibə
0
0