
Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqram start götürüb.
Apasport.az xəbər verir ki, proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri keçirilir.
Tədris prosesinə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış ekspertlərlə yanaşı, cüdo pedaqogikasını dərindən mənimsəmiş yerli mütəxəssislər də cəlb olunub.
Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.
- Vurğun Hüseynov: “Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"
- Levandovski qarət olundu
- Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
- Şimali İrlandiya və Lüksemburqla görüşlərə 24 futbolçu dəvət aldı
- "Neftçi"nin prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”