Asəf Çopurov UFC debütündə məğlub oldu
24.10.2026 - 20:54
Rusiyanı təmsil edən azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov UFC-də ilk görüşünü keçirib.
Apasport.az xəbər verir ki, həmyerlimiz UFC 333 turniri çərçivəsində avstraliyalı Kolbi Tikneslə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma avstraliyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Hakimlər döyüşün sonunda üstünlüyü Tiknesə veriblər.
Bu nəticə Çopurovun peşəkar MMA karyerasında ilk məğlubiyyəti olub.
0
0