Kurban Berdıyev: “Qol epizodunda bütün komandanın səhvi var idi”
24.10.2026 - 21:46
Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"u qəbul edib - 1:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Paltardəyişmə otağında futbolçularıma təşəkkür etdim. Cəhdlərinə görə bunu etdim. Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik".
- Heç-heçəni pozitiv nəticə hesab edirsiz?
- Xal itirdik.
- Buraxılan qolda qapıçını günahlandırırsız?
- Buraxdığımız qolda bütün komandanın səhvi var idi.
0
0