Azərbaycanlı idmançı Vadim Əkbərov Rumıniyada keçirilən qol güləşi üzrə Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, yarış 11-15 iyun tarixlərində Rumıniyanın Kodlea şəhərində təşkil edilib.
Çempionatda Avropanın müxtəlif ölkələrindən yüzlərlə idmançı mübarizə aparıb.
Yarış juniorlar, böyüklər, veteranlar və para-idmançılar arasında müxtəlif çəki dərəcələrində keçirilib.
Azərbaycan təmsilçisi Vadim Əkbərov rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb.
Mükafatlandırma mərasimində idmançımıza qızıl medal təqdim olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
- “Qarabağ” – “Viktoriya” matçında sloveniyalı hakimlər
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Ötən ayın ən yaxşı məşqçisi bəlli oldu
- İdman jurnalistlərinin baş məşqçi namizədləri - Foqts, De Byazi kimi dağdan düşən yox...
- Samir Abasov: "Abubakar təcrübəsini meydanda göstərdi"