![Badmintonçularımızdan 7 medal: 3 qızıl, 2 gümüş, 2 bürünc](https://apasport.az/storage/news/2024/november/18/big/673ae1604e9d1673ae1604e9d21731912032673ae1604e9cf673ae1604e9d0.jpg)
Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov - Diki Pangestu və qarışıq qoşa kateqoriyada Aqil Qəbilov - Era Maftuha tandemi əldə ediblər.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyada isə Cahid Əlhəsənov - Həcər Nuriyeva dueti gümüş medala sahib çıxıblar.
Daha 2 bürünc mükafatı fərdi çıxışda Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva - Era Maftuha cütlüyü millinin hesabına yazdırıblar.