“Bakı”dan erkən vida
31.10.2022 - 09:34
Kişi həndbolçuları arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Bakı” Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, oyun yenə təmsilçimiz üçün uğursuz alınıb.
İlk görüşdə 17:33 hesabı ilə uduzan həndbolçularımız bu dəfə 28:37 hesabı ilə məğlub olublar.
Beləliklə, Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF kuboku yarışlarında iştirakını dayandırıb.
- Almaniya millisinin üzvü "Mançester Yunayted"in hədəfində
- AVF prezidenti Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb
- Didye Deşam: "Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var"
- “Mançester Yunayted”dən Obameyanq təklifi
- "Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
0
0