"Oyun çətin məcrada keçdi. Matçın gedişində hesabda geri düşdük".
Apasport.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi İlqar Aslanov deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının ilkin mərhələsi çərçivəsində Kosovo üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib:
“Komandanın üzvləri çox həyəcanlı idilər, çünki bu cür yarışda ilk dəfə iştirak edirdilər. Ancaq fasiləyə qədər hesabı bərabərləşdirdik. Paltardəyişmə otağında söhbət zamanı anladılar ki, bu rəqibi yenmək olar. Bunun da nəticəsi olaraq ikinci hissədə özümüzdə güc tapdıq və qələbə qollarını vurduq. Futzal ailəsini təbrik edirəm. Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü. Buna görə də sevincliyik. Ancaq hələ ki işin yarısını görmüşük. Bu qələbə mərhələ adlamaq üçün kifayət etmir. Sabah bunun davamını gətirməliyik. İnanıram ki, komanda olaraq bu şansı əldən verməyəcəyik və qələbə qazanıb həm azarkeşlərimizi sevindirəcəyik, həm də əsas mərhələyə yüksələcəyik”.
Qeyd edək ki, millimiz növbəti oyununu bu gün San-Marinoya qarşı keçirəcək.
- Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək
- Eriksen Danimarka millisində rekord qırıb
- “Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək
- “Liverpul”un müdafiəçisi ölkəsinə qayıda bilər
- AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib