Millimiz 4 medal qazanıb
29.04.2025 - 18:21

Azərbaycanın savat millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi "World Open" beynəlxalq turnirində 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Savat Federasiyasının mətbuat xidməti açıqlayıb.
Komanda yarışda baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında iştirak edib.
Kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üzeyir Məsimov (36) isə bürünc medalla kifayətlənib.
Kişilərin yarışda isə Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) gümüş medala yiyələniblər.
0
0