PSJ Mbappeyə əvəzedici tapdı
10.05.2024 - 16:12
PSJ-nin ulduz forvardı Kilian Mbappe tezliklə "Real Madrid" formasını geyinəcək.
Apasport.az ""Le Parisien" nəşrinə istinadla xəbər verir ki, Fransa klubu hücum xəttində ulduz fransızı əvəz edəcək futbolçu tapmaq üzərində işləyir.
Mənbənin məlumatına görə, PSJ-nin prioritet namizədi "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyadır.
Liqa 1 nəhənginin gürcü futbolçu ilə bağlı danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir.
Bildirilir ki, "Napoli" 23 yaşlı Xviçanı 80 milyon avro qarşılığında sərbəst buraxmağa razı olacaq.
- Bonifeys Ronaldo ilə komanda yoldaşı olacaq
- Zaur Həşimov: “Qarabağ”ı hesabdan silmək olmaz” - MÜSAHİBƏ
- A seriyası klubu baş məşqçisini istefaya göndərdi
- “Neftçi” tıxaca düşdü, "Sumqayıt"la oyununun vaxtı dəyişdirildi
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
0
0