Təmsilçimiz Kiyevdə nakautla qələbə qazanıb
30.03.2025 - 10:24
Ukraynanın paytaxtı Kiyevdə qarışıq döyüş növləri üzrə "World Warriors Fighting Championship 24" turniri keçirilib.
Apasport.az xəbər verir ki, əsas döyüş 61,2 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Ruslan Məmmədov və ukraynalı Dmitri Orlov arasında olub.
32 yaşlı azərbaycanlı döyüşçü elə ilk raundda qələbəni təmin edib. Məmmədov rəqibini yerə yıxaraq zərbələr endirməyə başlayıb, sonra da boğma fəndi işlədib. Orlov əlini yerə vurmaq məcburiyyətində qalaraq döyüşü davam etdirməkdən imtina edib.
- “Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq
- Ağırlıqqaldıranımız Dünya Kubokunda 3 gümüş medal qazanıb
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Vaqif Cavadov: “Rəşadın məşqçi kimi ilk titulunu qazanmasını istərdim”
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
0
0