Aprelin 4-14-də Serbiyanın Zlatibor şəhərində 15 yaşa qədər oğlanlar və qızlar arasında müxtəlif idman növlərində keçiriləcək Gimnaziadada ölkəmiz qılıncoynatmanın sablya və şpaqa növləri üzrə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Məşqçilər Nəcəf Məhərrəmov və Elvin Rzazadənin rəhbərlik etdiyi komandanın heyətində Fatimə Şükürlü, Cahan Sadıxova, Zəhra Xəlilova, Gəray Məmmədli, Abdulmalik Nəsibzadə, Nəcəf Şabanlı, Mirnuray Abbasova, Esnat Mirzəyeva, Aydan Atakişiyeva, Rəhman Məmmədov, Tunar Süleymanov və Bəhram Əliyev yer alıb. Cavanşir Ağakişiyev isə turnirdə hakimlik edəcək.
- İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub
- Milan klubları Ronaldonu almaqdan imtina etdi
- Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
- “Neftçi”nin “Zirə” və "Qarabağ"la oyunlarının vaxtı açıqlandı
- Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ