Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
03.03.2026 - 13:04
Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb

Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-pirisinə hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisi başlanıb.

Apasport.az xəbər verir ki, paddok hər zamankı kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

BCC piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.