![Ferstappendən 7-ci qələbə](https://apasport.az/storage/news/2023/july/02/big/64a192d8670fc64a192d8670fd168831048864a192d8670fa64a192d8670fb.jpg)
Formula-1 üzrə Avstriya Qran-Prisinə yekun vurulub.
Apasport.az-ın saytı məlumatına görə, 71 dövrəlik yarışı hollandiyalı Maks Ferstappen qazanıb.
Bu “Red Bull” pilotunun mövsümdəki 7-ci qələbəsi olub. Növbəti yerləri Şarl Lekler (“Ferrari”) və Serxio Peres (“Res Bull”) tutublar. Ən sürətli dövrə vuran Ferstappen 26 xal toplayıb. Nəticədə xallarının sayını 229-a yüksəldən Maks ikinci yerdə qərarlaşan komanda yoldaşını xeyli qabaqlayır. Avstriyada üçüncü olan Peresin hesabında 148 xal var.
Qeyd edək ki, bir gün əvvəl keçirilən sprint yarışında da Ferstappen qələbə qazanmışdı.