“Formula 1”: Qaliblər mükafatlandırıldı
26.09.2026 - 17:21
“Formula 1”: Qaliblər mükafatlandırıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, əsas yarışı ilk üç pillədə başa vuran pilotlara mükafatlar təqdim edililib.

"Mersedes" pilotu Corc Rassell birinci yeri tutub. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem,

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.