Olimpiya çempionundan dünya rekordu
09.09.2023 - 00:14
![Olimpiya çempionundan dünya rekordu](https://apasport.az/storage/news/2023/september/08/big/64fb7b40ee51f64fb7b40ee520169420268864fb7b40ee51d64fb7b40ee51e.jpg)
Atletika yarışlarında 2000 m məsafəyə qaçışda dünya rekordu yenilənib.
Apasport.az saytı xəbər verir ki, bu uğura norveçli Olimpiya çempionu Yakob İnqebriqtsen nail olub.
O, Briliyant Liqasının Brüssel mərhələsində finiş xəttini birinci keçərək, 4 dəqiqə 43,13 saniyəlik nəticəyə imza atıb. Norveçli atlet 1999-cu ildə mərakeşli həmkarı Hişam Əl-Gerrujun rekordunu 1,5 saniyə təzələyib.
Atletika. Briliyant Liqası. Brüssel
Kişilər. 2000 metr
1. Yakob İnqebriqtsen (Norveç) – 4.43,13
2. Rinold Kipkorir Çeruyot (Keniya) – 4.48,14.
3. Stüart Maksveyn (Avstraliya) – 4.48,77
0
0