Gimnastlarımız beynəlxalq turnirdə 17 medal qazanıb
12.05.2025 - 17:38
Gimnastlarımız beynəlxalq turnirdə 17 medal qazanıb

Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 17 medal qazanıb.

Batut gimnastikasında təmsilçilərimizdən Fərhad Mustafayev (ikili mini batut, 45.600 xal), Samirə Hüseynova (50.770 xal) Şəfiqə Hümbətova (ikili mini batut, 42.200 xal) qızıl medal qazanıb. Ammar Baxşalıyev (99.340 xal) qalib olmaqla yanaşı, (ikili mini batut, 23.700 xal) fəxri kürsünün üçüncü pilləsinə də qalxıb.

Həsənli Muhammed (86.720 xal) ikinci yeri tutub. Nikita Koleşnikov (ikili mini batut, 46.430 xal) gümüşlə (42.900 xal) bürünc medala yiyələnib. Fərhad Vəliyev (ikili mini batut, 23.800 xal) ikinci (87.690 xal) və üçüncü yeri tutub.

Aylin Ağazadə (44.200 xal) və Ayan Şabanova (47.300 xal) bürünc medala sahib olublar.

Tamblinq üzrə yarışlarda Sənan Rzazadə (39.100 xal), Tofiq Əliyev (30.900 xal) qızıl, Aleksey Karataşov (26.900 xal), Mehdi Əliyev (52.380 xal) gümüş və Adil Hacızadə (24.000 xal) bürünc mükafata yiyələniblər.