III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq komanda yarışında gümüş medala yiyələnib.
Birinci Belarus, üçüncü Qazaxıstan təmsilçiləri olub.
Bununla yanaşı, Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda üçüncü olub.
Belarus birinci, Rusiya isə ikinci yeri tutub.
Bundan başqa, Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
- “Qalatasaray”ın matçını idarə edən hakimin ürəyində problem yaranıb
- “Sabah”ın istədiyi futbolçu Rusiyanı arzulayır
- Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq Memorandumu
- "Milan" prezidenti baş məşqçilərindən razıdır
- "Lex"in baş məşqçisi: "Qol bizə daha çox güvən verdi"