Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının son günündə Azərbaycanın sərbəst güləşçiləri mühüm görüşlərə çıxacaqlar.
Apasport.az xəbər verir ki, bu gün 4 idmançımız qızıl medal uğrunda mübarizə aparıb, 1 güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq.
İlk olaraq Turan Bayramov (74 kq) Slovakiyanı təmsil edən Taymuraz Salmazanovla qarşılaşıb. Təmsilçimiz 2:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan sərbəst geləşçimiz Arseniy Djioyev finalda rusiyalı İbrahim Kadiyevə 1:2 hesabıyla uduzub və qitə yarışını ikinci başa vurub.
Ali Tsokayev (92 kq) Bolqarıstandan Ahmed Batayevlə, Giorgi Meşvildişvili (125 kq) isə Macarıstandan Vladislav Baytsayevlə üz-üzə gələcək.
Nurəddin Novruzov (61 kq) bürünc medal uğrunda görüşdə italiyalı Simyone Pirodduya “tuş”la məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da bürünc medal əldə edib.
Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl medal qazanıb, Cəbrayıl Hacıyev (79 kq) isə mükafatçılar sırasında yer alıb.
- Azərbaycan klubunun üzvü 5 oyunluq diskvalifikasiya olunub
- İslamiadanın gümüş medalçısı: "Birinci olmaq üçün əlimizdən gələni etdik"
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- "Lənkəran"ın oyunçusu: "Oyun planını icra etməkdə çətinlik çəkdik"
- Taekvondoçularımız açıq Niderland çempionatında mübarizə aparacaq