Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib.
Apasport.az xəbər verir ki, sentyabrın 5-6-da baş tutan və sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan turnirdə 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, eləcə də məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən Azərbaycan millisinin 8 üzvü fəxri kürsüyə yüksəlib.
Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl medal qazanıb.
Osman Nurmaqomedov (92 kq) və Xetaq Karsanov (125 kq) ikinci yeri tutub.
Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan millisi ənənəvi turniri 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 8 medalla başa vurub.