ABL: "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək
09.01.2026 - 09:22
ABL: "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasının XII turunda bu gün daha bir qarşılaşma baş tutacaq.

Apasport.az xəbər verir ki, B qrupunda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.

Matç saat 20:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.