Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Amirreza Saeid Tahmasbpourmarzouniyə 4:5 hesabı ilə məğlub olub.
Beləliklə, Elmir Çərkəzov üçüncü yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, təmsilçimiz buna qədər təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0, 1/8 finalda almaniyalı Kristiano Libtsaytı 1:1 hesabı ilə sonuncu xal prinsipinə əsasən, 1/4 finalda isə belaruslu Roman Şarkovu 3:0 hesabı ilə məğlub edib.
- A Seriyası: “Milan”dan minimalhesablı qələbə
- Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
- Azərbaycan Avropada liderlər sırasındadır – İlk iki mərhələdə 2,625 əmsal
- Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi
- “Qarabağ” – “Zirə” matçının təyinatları bilindi