Güləşçilərimiz “Çempionlar” turnirində daha 2 medal qazanıb
07.05.2025 - 23:23
Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar" turniri davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə daha 3 çəkidə qaliblər bəlli olub.
Döşək üzərinə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz çıxıblar. 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.
Qeyd edək ki, yığmamz ilk gündə iki medal qazanıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- “Şəfa”nın baş məşqçisi: “Liqalar arasındakı fərq öz sözünü deyir"
- Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
- Elmar Baxşıyev: “Qəbələ” əlindən gələndən artığını edəcək”
- Vaqif Cavadov: “Bundan sonra nəticə özü gələcək”
0
0