Güləşçilərimizdən Estoniyada 7 medal
24.10.2025 - 09:27
Güləşçilərimizdən Estoniyada 7 medal

Estoniyanın Rakvere şəhərində yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, 3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib.

Milli komandanın məşqçiləri Turac Hüseynli və Taleh Məmmədovun rəhbərliyi altında turnirdə çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U13 yaş qrupunda Məhərrəmli Bakir (35 kq) gümüş medal qazanıb. U15 yaş qrupunda Elmir Çərkəzov (62 kq) və İsfahan Həsənov (85 kq) gümüş, Hüseyn Mustafazadə (52 kq) isə bürünc medalı boynundan asıb. U17 yaş qrupunda isə Nihat Tağıyev (65 kq) çempion olub, Abdurrahman Hüseynli (51 kq) ilə Mehdi Əsgərli (60 kq) üçüncü yeri tutub.