Güləşçimiz Avropa çempionu olub
13.04.2025 - 20:05
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.
Rəqibini 7:3 hesabı ilə üstələyən təmsilçimiz 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
- Kurtar: “Əminəm ki, “Qarabağ” – “Qalatasaray” görüşündə stadion tam dolacaq”
- Vüsal İsgəndərli: "Şeydayevin komandası ilə oynamaq maraqlı olardı" - Müsahibə
- Paytaxt derbisini "Neftçi" qazandı - YENİLƏNİB
- Rəşad Sadıqov: "Seçim olsaydı, "Fehervar"la qarşılaşmaq istəyərdim"
- “Fənərbaxça” Antonini icarəyə götürmək istəyir
0
0