Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 2 güləşçimiz mundialda fəxri kürsüyə qalxıb.
Hüseyn İsmayılov (65 kq) finalda amerikalı Arseni Kikinyovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn həmyerlimiz dünya çempionu olub.
Hakim Tağıyev (110 kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir şans tanımayıb – 13:4. Milli üzvü həlledici qarşılaşmada bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medalı boynundan asıb.
Rəvan Həsənzadə (48 kq) isə üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Rabadanova 9:11 hesabıyla məğlub olub.
- Misli Premyer Liqasında VII turun vaxtı açıqlandı
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Dünya kubokunun püşkatma mərasimi keçirilib
- Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlandı
- İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib