Güləşçimiz Qazaxıstanda bürünc medal qazanıb
08.10.2024 - 17:33
![Güləşçimiz Qazaxıstanda bürünc medal qazanıb](https://apasport.az/storage/news/2024/october/08/big/670534673d5b0670534673d5b11728394343670534673d5ae670534673d5af.jpg)
Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.
Təmsilçimiz Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.
0
0