Güləşçimiz reytinq turnirində finala vəsiqə qazanıb
06.06.2024 - 15:49
Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində Maqomedxan Maqomedov (97 kq) finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir, 2 idmançımız - Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinalda məğlub olublar.
Giorgi Meşvildişvili (125 kq) isə zədələndiyi üçün 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.
- Mourinyo Səudiyyə Ərəbistanında futbol bölməsini seçdi
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
- Bu komanda Arda Güleri heyətinə qatmaq istəyir
- Ruslan Abışova üç müştəri
0
0