Avropa Kuboku: “Qarabağ” rəqibinə məğlub olub - YENİLƏNİB
16.11.2024 - 15:50
Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.
Qeyd edək ki, komandalar arasında cavab matçı sabah baş tutacaq. Razılaşmaya əsasən hər iki oyun Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq.
- Belarus MOK: "BOK-un tövsiyəsi diskriminasiyadır"
- İslam Oyunları: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib
- İdmanda Feyr Pley: Unudulmaz Centilmenlik Anları
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir
0
0