Millimiz Özbəkistanda ilk qələbəsini qazanıb
16.05.2024 - 14:21
![Millimiz Özbəkistanda ilk qələbəsini qazanıb](https://apasport.az/storage/news/2024/may/16/big/6645d811ac1aa6645d811ac1ab17158533296645d811ac1a86645d811ac1a9.jpg)
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ilk matçına çıxıb.
Apasport.az xəbər verir ki, yığma yerli OKMK klubu ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın 30:28 (18:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.
Yığmamız A qrupunda Qazaxıstanın ALMATA REGİON və Özbəkistanın ROPSTTM kollektivləri ilə də qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər.
0
0