Avarçəkənlərimiz Macarıstandakı yarışda iştirak edəcəklər
19.09.2024 - 11:55
Azərbaycan avarçəkənləri bu gün Macarıstanın Seqed şəhərində start götürəcək kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.
Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə mübarizə aparacaq.
Onlara böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudz rəhbərlik edəcəklər.
Qeyd edək ki, yarış sentyabrın 22-də başa çatacaq.
- Ən çox maaş alan futbolçular açıqlandı – “10-luq”
- “Qalatasaray” niderlandlı futbolçu ilə anlaşıb: İstanbula Gedəcək
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- Məşhur şərhçi saxta fanatlar barədə: "Onların sayı çoxdur"
0
0