Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) İctimai Birliyi və Azərbaycan Karate Federasiyası (AKF) arasında görüşü keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.
Görüşdə iki qurum arasında əməkdaşlıq, birgə layihələr və qarşılıqlı tədbirlərin təşkili müzakirə edilib. AKF-nin baş katibi Qabil Sayadov qurumun fəaliyyət istiqamətləri, həmkarlar ittifaqları ilə əməkdaşlığın əhəmiyyəti və karatenin inkişaf perspektivlərindən danışıb.
AHİTA İB-nin direktoru Tural Qasımov isə idmanın həmkarlar ittifaqları çərçivəsində rolu və idmançıların dəstəklənməsi üçün görüləcək işlər barədə fikirlərini bölüşüb. O, idmanın inkişafına və idmançılarıın dəstəklənməsinə hər zaman önəm verdiklərini söyləyib. Bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin idmançılar üçün yeni imkanlar yaradacağını bildirib.
- “Şamaxı”da növbəti ayrılıq - RƏSMİ
- Albaniyada favorit kimdir? - PROQNOZ
- İdmançılarımız beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar
- Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO