Azərbaycan karateçisi Rusiyada bürünc medal qazandı
27.04.2026 - 11:36
Rusiyanın Novosibirsk şəhərində beynəlxalq karate turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan Karate Federasiyasının böyüklərdən ibarət milli komandasının üzvü Vahid Həsənov (+84 kq) uğurla çıxış edib.
Karateçimiz turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov, həmçinin beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da iştirak ediblər.
- “Araz-Naxçıvan”da iki yenilik
- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Naqelsman Alonsonu təbrik etdi
- Futbolçumuz 90 dəqiqə oynadı, komandası məğlub oldu - VİDEO
0
0