
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün tarixində dördüncü dəfə Avropa çempionu ola bilər.
Apasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv Gürcüstanın Batumi şəhərində keçirilən qitə çempionatının IX turunda Serbiya ilə üz-üzə gələcək.
Komanda 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Yığma son turda qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirə bilər.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.
Qadından ibarət komanda isə bu gün Polşa ilə görüşəcək. Heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyevanın yer aldığı komanda 10 xalla altıncıdır. Yığma medal qazanmaq şansını itirib.