Karateçimiz Avropa çempionatının finalında
08.02.2025 - 21:29
![Karateçimiz Avropa çempionatının finalında](https://apasport.az/storage/news/2025/february/08/big/67a794a252abd67a794a252abe173903581067a794a252abb67a794a252abc.jpeg)
Azərbaycanlı karateçi 52-ci Avropa çempionatının finalında qızıl medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, Ələddin Məlikov (-68 kq) 16-17 yaşlı gənclər arasında keçirilən yarışda bu şansı əldə edib.
Ələddin həlledici görüşdə Yigit Halici Ahmetlə üz-üzə gələcək. O, finala gedən yolda, portuqaliyalı, isveçrəli, çexiyalı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.
0
0