Təmsilçimiz reytinq cədvəlinin zirvəsində
16.12.2024 - 23:56
![Təmsilçimiz reytinq cədvəlinin zirvəsində](https://apasport.az/storage/news/2024/december/16/big/676085fb76f35676085fb76f361734379003676085fb76f25676085fb76f34.jpeg)
Dünya Karate Federasiyası karateçilərin reytinq cədvəlini dərc edib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançılarından İrina Zaretska yüksək nəticəyə imza atıb.
Təmsilçimiz 68 kq çəki dərəcəsində 1-ci pillədə qərarlaşıb. İrina isveçrəli və yaponiyalı həmkarlarını geridə qoyub.
Qeyd edək ki, 3 qat dünya çempionu olan Zaretska Tokyo-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb.
0
0