Almaniyada lider dəyişdi
23.04.2023 - 00:38
![Almaniyada lider dəyişdi](https://apasport.az/storage/news/2023/april/23/big/644452019a937644452019a9381682199041644452019a935644452019a936.jpg)
Almaniya Bundesliqasında lider dəyişib.
Apasport.az xəbər verir ki, "Bavariya"nın "Maynts"a uduzmasından Dortmund "Borusiya"sı səmərəli yararlanıb.
Belə ki, Edin Terziçin yetirmələri Dortmunda "Ayntraxt"ın qapısından 4 cavabsız top keçirib. Bununla da, "Bavariya"nın əzəli rəqibi liderliyi ələ keçirib.
Hazırda sona 5 tur qalmış Dortmund təmsilçisinin aktivində 60, "Bavariya"da isə 59 xal var.
0
0