“Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ
13.02.2026 - 01:54
İngiltərə Premyer Liqasında XXVI tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün lider “Arsenal” meydana çıxıb.
Komanda “Brentford”un qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. Hesab ikinci yarıda açılıb. Noni Madueke londonluları önə çıxarıb. Lakin çox keçmədən Kin Lyuis-Potter komandasına 1 xal qazandıran qolu vurub - 1:1.
“Arsenal” 57 xalla turnir cədvəlinə başçılıq edir. “Topçular” ən yaxın izləyicisi olan “Mançester Siti”ni 4 xal qabaqlayır.
- ABL-də yeni mövsümün başlama tarixi açıqlanıb
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir
- Premyer Liqaya son vəsiqə kimin olacaq?
- “Şahdağ Qusar”dan 9 cavabsız qol
0
0