“İnter” liderliyini davam etdirir
09.03.2025 - 01:51

İtaliya A Seriyasında XXVIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "İnter" öz meydanında "Monza"nı qəbul edib.
5 qolun vurulduğu matçda ev sahibləri geridən gələrək, rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
"İnter" bu qələbə ilə xallarının sayını 61-ə çatdıraraq liderliyini davam etdirir.
İtaliya A Seriyası
XXVIII tur
23:45. “İnter” - “Monza” - 3:2
0
0