İtaliya A Seriyasında növbəti təxirəsalma
22.04.2025 - 22:03
İtaliya A Seriyasında növbəti təxirəsalma

İtaliya A seriyasında növbəti təxirəsalınma yaşanıb.

Apasport.az xəbər verir ki, XXXIV turun aprelin 26-da keçirilməli olan oyunları təxirə salınıb.

Buna səbəb Roma Papası Fransiskin ölümü ilə bağlı ölkədə elan olunmuş 5 günlük matəmdir.

"Komo" - "Cenoa", "İnter" - "Roma" və "Latsio" - "Parma" qeyri-müəyyən vaxta təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşəcək.

Qeyd edək ki, A seriyasında 23-cü turunun dünən keçirilməli olan 4 matçı da baş tutmayıb.