Neapolda qalib müəyyənləşmədi
01.03.2025 - 23:13
İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 2 matç baş tutub.
Turun mərkəzi görüşü Neapolda keçirilib.
"Napoli" "İnter"i qəbul edib. Oyunda hesabı qonaqlar açıblar. Federiko Dimarko fərqlənib.
Lakin meydan sahibləri ikinci yarıda hesaba tarazlıq gətirməyi bacarıblar. Filip Billinq komandasına 1 xal qazandıran qolu vurub - 1:1.
Günün digər oyunu Berqamoda keçirilib. "Atalanta" "Venetsiya"nı qəbul edib. Görüşdə hesab açılmayıb - 0:0.
İtaliya A Seriyası
XXVII tur
"Napoli" - "İnter" 1:1
"Atalanta" - "Venetsiya" 0:0
- PSJ-dən 80 milyonluq transfer
- "Neftçi" yeni baş məşqçisini açıqlayacaq: Müqavilə müddəti
- Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub
- Sosial Mediada Kriştiano Ronaldo Effekti: Dünyanın Ən Çox İzlənən İdmançısı
- "Fənərbaxça" "Qalatasaray"ı məğlub etdi - Final "Beşiktaş"la olacaq
0
0