Portuqaliyada gecənin qəhrəmanı - Orkun Kökçü
13.04.2025 - 23:39

Portuqaliya Liqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Benfika" evdə "Aruka"nı qəbul edib.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Türkiyə millisinin üzvü Orkun Kökçü matç zamanı möhtəşəm çıxışı ilə yadda qalıb. O, 1 qol, 1 assistlə komandasının bir xal qazanmasında böyük pay sahibi olub.
Qeyd edək ki, "Benfika" XXIX turdan sonra 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0