"Seltik" "Reyncers"ə çatdı
26.04.2025 - 21:23

Şotlandiya liqasında çempionun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Seltik" növbəti dəfə ölkəsinin ən güclüsü olub.
Komanda XXXIV turda "Dandi Yunayted"lə qarşılaşıb. 5:0 hesablı qələbəyə sevinən çempionluğu təmin ediblər.
Bu, "Seltik"in 55-ci belə tituludur.
Qeyd edək ki, "Seltik" çempionluq sayında "Reyncers"ə çatıb.
0
0