Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04.05.2024 - 16:48
![Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb](https://apasport.az/storage/news/2024/may/04/big/66362c67f2f7066362c67f2f71171482634366362c67f2f6e66362c67f2f6f.jpg)
Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Sloveniyada keçirilən "Ljubljana Festival"ın qalibi olub.
Apasport.az xəbər verir ki, təmsilçimiz 9 turdan ibarət yarışda 7,5 xal toplamaqla qızıl medal qazanıb.
Turnirdə 120 şahmatçı mübarizə aparıb.
0
0