FİDE prezidenti Bakıda
19.11.2024 - 18:58
![FİDE prezidenti Bakıda](https://apasport.az/storage/news/2024/november/19/big/673ca89784f0e673ca89784f0f1732028567673ca89784f0c673ca89784f0d.jpg)
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç Azərbaycana səfər edib.
Apasport.az xəbər verir ki, o, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.
FİDE-nin rəhbəri səfər çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevlə görüşüb.
Görüş zamanı idmanın insanları iqlim böhranı ilə mübarizədə birləşdirəcək gücə malik olduğu bildirilib.
0
0