Şahmatçılarımız “Çempionların savaşı”nda qalib gəliblər
30.04.2025 - 19:34
Bakıda keçirilən “Çempionların savaşı” şahmat turniri başa çatıb.
Apasport.az xəbər verir ki, qaliblər rapid və blitsdə keçirilən partiyalardan sonra bəlli olub.
Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov Dünya kubokunun keçmiş qalibi Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid 8:4 hesabı ilə üstünlük qazanan şahmatçımız blitsdə eyni uğuru təkrarlaya bilməyib. Amma bu ona ümumi hesabda qələbə qazanmağa mane olmayıb.
Qadınların mübarizəsində isə Günay Məmmədzadə qalib gəlib. O, rapiddə əldə etdiyi üstünlüyü sonadək qoruyub.
- "Bavariya" 2012-ci ildən bəri ilk dəfə mövsümü kuboksuz başa vurdu
- Liniker əfsanəvi ifadəsini dəyişdi - əgər almanlar qrupdan çıxmağı bacarırsa...
- "Turan Tovuz" Premyer Liqada 10-cu ev qələbəsini qazanıb
- "Qalatasaray" onunla yollarını ayırıb
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
0
0