![Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub](https://apasport.az/storage/news/2025/february/07/big/67a595d2e583967a595d2e583a173890504267a595d2e583767a595d2e5838.jpeg)
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu, 1/8 finalda tay-brek görüşlərindən sonra bəlli olub.
Ş.Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, T.Rəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək.
Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıblar.
Azərbaycan çempionatı
1/4 final cütləri
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Misrətdin İskəndərov - Aydın Süleymanlı
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Vüqar Əsədli - Teymur Rəcəbov
Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova
Gülnar Məmmədova - Xanım Balacayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Türkan Məmmədyarova - Gövhər Beydullayeva
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.