Şəhriyar Məmmədyarovun rəqibi bu gün müyyənləşəcək
12.02.2025 - 09:55
![Şəhriyar Məmmədyarovun rəqibi bu gün müyyənləşəcək](https://apasport.az/storage/news/2025/february/12/big/67ac2f84b0b5e67ac2f84b0b5f173933760467ac2f84b0b5567ac2f84b0b5d.jpeg)
Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.
Apasport.az xəbər verir ki, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.
Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0.
Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
0
0